İdarəetməni itirən sürücü kanala düşdü - VİDEO

Ağcabədidə idarəetməni itirən sürücü kanala düşüb.
TNS-in yerli müxbiri xəbər verir ki, hadisə ötən gecə rayonun Salmanbəyli kəndi ərazisində baş verib.
Ağcabədi rayon Hüsülü kənd sakini 1995-ci il təvəllüdlü Ağayev Tural Ziyafət oğlu idarə etdiy “VAZ” 21099 markalı 14 BB 922 dövlət nömrəli avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə T. Ağayev idarə etdiyi avtomobillə əkin sahələrinin suvarılması üçün istifadə edilən beton kanala düşüb. Hadisə yerinə çağırılan Ağcabədi rayonu DYMH-nin yanğınsöndürən-xilasediciləri tərəfindən sürücü avtomobildən çıxarılaraq təcili tibbi yardım əməkdaşlarına təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı