Close

23:54
27 Mart 2025
23:21
27 Mart 2025

Ağcabədidə ağır qəza - Yaralılar var - VİDEO

Ötən gecə Ağcabədidə ağır yol-nəqliyyat hadisəsi olub.

TNS-in yerli müxbiri xəbər verir ki, hadisə rayonun Rəncbərlər kəndi ərazisində baş verib. 

Hərəkətdə olan "VAZ"2107 markalı avtomobil "KİA" markalı avtomobillə toqquşub. Nəticədə "VAZ"'ın sürücüsü rayon sakini 1992-ci il təvəllüdlü Məmmədov Sənan və onun qohumu sərnişin İsrail adlı şəxs müxtəlif dərəcəli xəsarət alıb.

Yaralılar Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı