Close

Gəncədə 3 nəfər suşidən zəhərlənib

Gəncə şəhərində üç nəfər qidadan zəhərləniblər.

TNS “Report”a istinadən xəbər verir ki, Gəncə şəhərində T.Cabbarzadə (2002), G.Əmiraslanova (2001) və K.Kərimova (2004) zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Onların suşidən zəhərləndikləri ehtimal olunur. Zərərçəkənlərə tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.