DİN və Penitensiar xidmət birgə əməliyyat keçirdi
13
21:37 - 23 Mart 2025

Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti birgə əməliyyat keçirib, narkotik maddələr müsadirə olunub.
TNS xəbər verir ki, bu barədə sözügedən dövlət qurumları birgə məlumat yayıb.
Bildirilib ki, əməliyyat-axtarış tədbiri nəticəsində Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Şəfai küçəsi, 210 ünvanında Dilavər Məhərrəm oğlu Ağayevə məxsus 528.025 qram heroin, 31.48 qram qurudulmuş marixuana və 317.322 qram metamfetamin tapılaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.