Evdə iynə vurulan qadın şoka düşərək ölüb
12
17:12 - 23 Mart 2025

Qax rayonunda evdə iynə vurulan qadın şoka düşərək ölüb.
TNS "Report"a istinadən xəbər verir ki, hadisə ötən gün baş verib.
Belə ki, 1963-cü il təvəllüdlü Qax rayonu, Tasmalı kənd sakini Şabanova Şəfəq Mürsəl qızı ev şəraitində inyeksiya olunan “Seftriakson” dərmanın əks təsirindən anafilaktik şoka düşərək ölüb.
Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.