İki gün sonra meyiti tapıldı - Yağışda yarğana yıxılıbmış
25
12:04 - 21 Mart 2025

Gədəbəyin Moruqlu kəndində 48 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
TNS “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə martın 19-u saat 18 radələrində qeydə alnıb.
Belə ki, 1977-ci il təvəllüdlü kənd sakini Ə.Əsgərov sərxoş vəziyyətdə yaşadığı evə gedərkən havanın yağışlı, torpaq səthinin sürüşkən olması səbəbindən yıxılaraq yarğana düşüb və orada ölüb.
Ə.Əsgərovun meyiti martın 20-si tapılıb.
Hadisə ilə bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.