Beyləqanda spirtdən zəhərlənən kişi öldü
9
10:57 - 21 Mart 2025

Beyləqanda 58 yaşlı kişi spirtdən zəhərlənib.
TNS-in yerli müxbirinin əldə etdiyi məlumata görə, rayon sakini Ramiz Orucov qəbul eydiyi spirtli içkidən zəhərlənib. R.Orucov Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxilə etməsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.