Fazil Mustafaya sui-qəsd edən Səricanovun oğlu da həbs olundu - DTX-dən əməliyyat
19
10:13 - 21 Mart 2025

Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsdə görə ömürlük həbs cəzası almış Azər Səricanovun oğlu Əbülfəz Səricanov həbs olunub.
TNS xəbər verir ki, adıçəkilən şəxs Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.
O, Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə konkret dövlət və ictimai xadimlərin həyatına sui-qəsd hazırlığında təqsirləndirilir.
Səbail Rayon Məhkəməsinin qərarı ilə onun haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Ə.Səricanov haqqında həbs qərarı verildiyini vəkili Bəxtiyar Hacıyev də təsdiqləyib.