Ağsuda zəlzələ olub
12
09:09 - 21 Mart 2025

Ağsu rayonunda 3,4 maqnitudalı zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən TNS-ə verilən xəbərə görə, yerli vaxtla saat 07:59-da Kürdəmir stansiyasından 17 km şərqdə, Ağsu rayonunda zəlzələ qeydə alınıb.
Ocağı 41 km dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.