Şəmkirdə dördotaqlı ev yanıb
10
17:43 - 20 Mart 2025

Şəmkir rayonunun Qədimqala kəndində ümumi sahəsi 160 m² olan kürsülü, dördotaqlı ev yanıb.
TNS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, evin dam örtüyünün taxta atmaları 120 m² sahədə, bir otağın tavanı 6 m² sahədə, mətbəxin yanar konstruksiyaları və ev əşyaları 30 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb.