Ağdamda 2 nəfər bıçaqlandı
39
20:40 - 19 Mart 2025

Ağdamda 2 nəfər bıçaqlanıb.
TNS-in yerli müxbirinin məlumatına görə, hadisə rayonun Quzanlı qəsəbəsində yerləşən Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin qarşısında baş verib.
Yaranmış mübahisə zamanı Ağdam rayon sakinləri - 2007-ci il təvəllüdlü Şirinov Turan Aqşin oğlu və 2005-ci il təvəllüdlü Allahverdiyev Yaqub Elnur oğlu bıçaqlanıblar.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma başlanıb.
Hadisəni törədən şəxs və ya şəxslərin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində polis tərəfindən tədbirlər aparılır.
Ziya Əmirxanlı