Close

Quzanlıda qəza - Piyadanın ayağı qopdu - YENİLƏNİB

Ağdamda baş verən yol qəzasında xəsarət alan şəxs ölüb.

TNS-in yerli müxbirinin məlumatına görə, ayağı qopan piyadanı xilas etmək mümkün olmayıb.

14:49

Ağdamda yol-nəqliyyat hadisəsi baş verib.

TNS-in yerli müxbirinin məlumatına görə, Quzanlı qəsəbəsində "KIA" markalı avtomobil yolu keçmək istəyən piyada Ağdam rayon Mərzili kənd sakini Vidadi Əliyevi vurub.

Nəticədə piyadanın sol ayağı diz nayihəsindən qopub. Bərdə Diaqnostika Mərkəzinə çatdırılan piyadanın vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, zərərçəkən Ağdam Komunal Müəssisələri Kombinatının əməkdaşıdır.

Ziya Əmirxanlı