Polisdən daha bir əməliyyat - Silahlı şəxs saxlanıldı - VİDEO

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları növbəti dəfə əməliyyat keçirib.
TNS xəbər verir ki, tədbir nəticəsində qanunsuz olaraq silah-sursat əldə etməkdə şübhəli bilinən rayon sakini Ehtiram Hüseynov idarəsində olan avtomobillə birgə saxlanılıb.
Avtomobilə baxış zamanı "AK" markalı avtomat, 1 patron darağı, 29 patron və 1 süngü bıçaq aşkarlanaraq götürülüb.
O, silahı bir müddət əvvəl taparaq həyətyanı sahəsində gizlətmiş, daha sonra gizlətdiyi yeri dəyişmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi bașlanılıb, araşdırmalar davam etdirilir.