Həbsxanadan çıxdı, evinə od vurdu - VİDEO + FOTOLAR
16
10:26 - 19 Mart 2025

Ağcabədidə həbsxanadan yeni çıxan şəxs 4 otaqlı evini yandırıb.
TNS-in yerli müxbiri xəbər verir ki, hadisə rayonun Nəsimi küçəsində qeydə alınıb.
Hadisə yerinə gələn FHN-nin yanğınsöndürmə briqadası yanğını söndürüb. Araşdırma zamanı məlum olub ki, yanğını ev sahibi, 1976-cı il təvəllüdlü Məmmədov Ziyəddin Eldar oğlu törədib.
Yanğın zamanı ümumi sahəsi 108 kv olan 4 otaqlı evin 2 otağı (48 kv) və dam örtüyü yanıb.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı