2 avtomobil toqquşdu, ölən var - VİDEO
7
10:09 - 19 Mart 2025

Ötən gün Ağcabədidə 2 minik avtomobili toqquşub.
TNS-in yerli müxbiri xəbər verir ki, hadisə rayon ərazisində baş verib.
Hərəkətdə olan "VAZ"2106 markalı 04 BR 679 nömrə nişanlı avtomobil "VAZ" 21011 markalı 90 LA 510 dövlət nömrəli avtomobillə toqquşub.
Nəticədə "VAZ" 11 markalı avtomobilin sürücüsü Ceyhun adlı şəxs hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı