Close

14:15
19 Mart 2025

Obyektin sənədini verə bilmədi, özünə xəsarət yetirdi - FOTO

Ağcabədi sakini özünə xəsarət yetirib.

TNS-in yerli müxbiri xəbər verir ki, FHN-nin Qarabağ Regional Mərkəzinin Tikintilərə Nəzarət şöbəsinə rayonun Taynaq kəndində olan obyektə əlavə qeyri qanuni tikili olması barədə məlumat daxil olub.

FHN-əməkdaşları hadisə yerinə baxış keçirərək, əlavə tikilinin sənədini tələb ediblər. Məlum olub ki, sənəd yoxdur və qərar verilib ki, tikili sökülsün. Bu zaman obyekt sahibi Şükür Hacıyev əvvəlcə Hindarx Borsunlu yoluna çıxıb yola uzanıb. O, avtomobillərin hərəkətinə mane olub. Sonra Ş.Hacıyev sol qolun bazu nahiyəsinə çoxsaylı xəsarət yetirib. Xəsarət alan Taynaq kənd sakin Ş.Hacıyev təcili tibbi yardım avtomobili ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

7211

Ziya Əmirxanlı