Zərdabda ağır qəza - Sürücü öldü - VİDEO
11
09:33 - 19 Mart 2025

Ötən gün Zərdabda ağır yol-nəqliyyat hadisəsi baş verib.
TNS-in əldə etdiyi məlumata görə, hadisə rayonun İsaqbağı kəndi ərazisində qeydə alınıb.
Rayon sakini Abbasov Asif idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarına yuvarlanıb. Sürücü A. Abbasov hadisə yerində aldığı zərbədən həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı