Close

Sabunçuda ev yandı, 3 nəfərin yanmış meyiti tapıldı

Bakı şəhərinin Sabunçu rayonunda yanğın olub.

TNS xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Məlumata görə, ümumi sahəsi 80 m² olan, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1-i uşaq olmaqla 3 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.