Close

Qusar xəstəxanasında vətəndaşlara vaxtı keçmiş dərmanlar verilir? - YENİLƏNİB - FOTOLAR

Qusarda xəstəxanada pasiyentlərə vaxtı keçmiş dərmanların verilməsi barədə yayılan məlumatlar araşdırılır.

TNS-in xəbərinə görə, bu barədə prokurorluqda araşdırma gedir.

Bununla bağlı yayılan “WhatsApp” yazışmaları da araşdırma predmetidir.

Qeyd edək ki, bir müddət əvvəl "Qusar Rayon Mərkəzi Xəstəxanası" PHŞ tərəfindən işçinin əmək hüquqlarının pozulması faktı ilə bağlı Qusar rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) 1 nəfərin xəstəxanada müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

Faktla bağlı Qusar rayon prokurorluğunda PHŞ barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib, məhkəmənin qərarı ilə publik hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.

Eyni zamanda PHŞ-nin direktoru Kamil Hacıyev barəsində həmin Məcəllənin eyni maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Quba-Xaçmaz regional şöbəsinə göndərilib və vəzifəli şəxs müvafiq qərarla 3 min manat məbləğində inzibati cərimələnib.

14:44

Qusar Rayon Mərkəzi Xəstəxanasında pasiyentlərə vaxtı keçmiş dərmanların verildiyi iddia edilir.

TNS xəbər verir ki, bu barədə “Şimal xəbərləri”nin baş redaktoru Müqəddəs Mehdiyev paylaşım edib.

O bildirib ki, xəstəxananın aptek bölməsinin əməkdaşı İ.Hacıyeva (onun həm də xəstəxana direktorunun həyat yoldaşı olduğu bildirilir) tibb işçilərinə vatsap nömrəsi vasitəsilə vaxtı keçmiş dərmanların xəstələrə verilməsinə dair tapşırıq verib.

M.Mehdiyev həkimlərin qrupundakı yazışmaları da paylaşıb və iddiaların reallığa söykəndiyini bildirib.

Qeyd edilib ki, yazışmanın kənara çıxmasından sonra İ.Hacıyevanın göstərişi ilə vatsap qrupu bağlanıb: “Bəzi məlumatlara görə, Qusar Rayon Mərkəzi Xəstəxanasında ötən il 23 nəfər dünyasını dəyişib. Deyilənə görə, bu, rekord göstəricidir. Hazırda Qusar Rayon Prokurorluğunda xəstəxanadan edilən bəzi müraciətlər əsasında araşdırmalar aparılır. Ümid edirik ki, bu vatsap yazışması da ciddi şəkildə yoxlanılacaq və həqiqət üzə çıxacaq”.

1742294058_1742286047_whatsapp-image-2025-03-18-at-11-11-24__1_

1742294058_1742286036_whatsapp-image-2025-03-18-at-11-11-26