Close

12:54
18 Mart 2025

Azərbaycana PUA ilə narkotik daşımaq istəyirmişlər - FOTOLAR

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitənin realizə olunmasının qarşısı alınıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan TNS-ə verilən məlumata görə, onlardan 15 kiloqram marixuana aşkarlanıb.

Bildirilib ki, tədbirlərlə əvvəllər məhkum olunmuş 48 yaşlı İlqar Babayev və 46 yaşlı Asiman Əzimov saxlanılıblar. 

Araşdırmalarla onların narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdikləri və maddi qazanc qarşılığında deyiləcək ünvanlara çatdırmağa razılaşdıqları müəyyən edilib.
Bundan əlavə, şöbə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında rayonun Səncərədi kəndi ərazisindəki örüş sahəsinə keçirdikləri baxış zamanı PUA-ya bərkidilmiş bağlamadan 10 kiloqram marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

WhatsApp_Image_2025-03-18_at_11-15-56

WhatsApp_Image_2025-03-18_at_11-15-57_1