Kəlbəcərdə dəhşətli qəza, 2 nəfər öldü
8
10:29 - 18 Mart 2025

Kəlbəcərdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
TNS APA-ya istinadla xəbər verir ki, bu gün səhər saatlarında Kəlbəcər rayonunun Qamışlı kəndində yük avtomobili idarəetmənin itməsi nəticəsində dərəyə aşıb.
Nəticədə, sərnişin 64 yaşlı Gəncə şəhər sakini M. Məmmədov hadisə yerində, digər sərnişin 48 yaşlı Şəmkir rayon sakini R. Şahnəzərov isə xəstəxanada ölüb.