Ağdamda qəza baş verdi: xəsarət alanlar var - YENİLƏNİB - VİDEO-FOTO

Ağdamda baş verən qəzada xəsarət alan iki nəfər şirkət əməkdaşları olublar.
TNS-in yerli müxbirinin əldə etdiyi məlumata görə, E.Hacıyev və F.Soltanov Ağdamda fəaliyyət göstərən "VS Enerji" MMC-nin əməkdaşlarıdır.
21:10
Ağdamda baş verən qəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.
TNS-in yerli müxbirinin əldə etdiyi məlumata görə, qəza zamanı xəsarət alan şəxslər 1992-ci il təvəllüdlü Hacıyev Elvin Murad oğlu və 1998 cil təvəllüdlü Soltanov Fərid Əlibala ogludur.
Yaralılar təcili tibbi yardım avtomobili ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Xəsarət alanların azad olunmuş ərazilərdə fəaliyyət göstərən şirkət əməksaşları olduğu bildirilir.
Yaralılar Bərdə Diaqnostika Mərkəzinə göndəriliblər.
Faktla bağlı araşdırma davam edir.
19:52
Ağdamda baş verən qəzada 2 nəfər xəsarət alıb.
TNS-in yerli müxbirinin xəbərinə görə, işğaldan azad olunmuş Sarıcalı kəndində 2 avtomobil toqquşub.
Faktla bağlı araşdırma başlanıb. Xəsarət alanların kimliyi araşdırılır.
Ziya Əmirxanlı