17 yaşlı oğlanın qətlə yetirilməsinin anbaan görüntüləri - VİDEO

Bir müddət əvvəl Yevlaxda bıçaqlanan 17 yaşlı oğlanın qətlə yetirilməsinin görüntüləri sosial şəbəkədə yayılıb.
TNS xəbər verir ki, 2008-ci il təvəllüdlü Ayxan Quliyev mübahisə zəminində ürək nahiyəsindən aldığı bıçaq xəsarətindən hadisə yerində dünyasını dəyişib.
Daha bir nəfər, 2007-ci il təvəllüdlü Əli Zülfüqarlı isə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 2009-cu il təvəllüdü Həsən Mustafalı, 2007-ci təvəllüdlü Rəhim Quliyev və 2005-ci il təvəllüdlü Məhəmməd Mustafazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil veriliblər.
Hadisənin görüntülərini təqdim edirik: