Azərbaycanda xanım prokurorun avotomobili qəzaya düşdü - Xəsarət alanlar var - FOTO

Xızı rayonu ərazisində “Niva” və “Toyota Camry” markalı avtomobillərin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.
TNS xəbər verir kİ, bu barədə Baş Prokurorluqdan bildirilib.
Məlumata görə, hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, o cümlədən “Toyota Camry” markalı avtomobilin içərisində sərnişin qismində olmuş Xızı rayon prokuroru Xəyalə Aslanova müxtəlif dərəcəli bədən xərarəti alıb.
Zərərçəkmiş şəxslərin vəziyyəti qənaətbəxşdir və hazırda xəstəxanada müalicələri davam etdirilir.
Faktla bağlı Siyəzən rayon prokurorluğunda araşdırma aparılır.