Qaz sızması partlayışa səbəb oldu, xəsarət alan var
19
16:02 - 16 Mart 2025

Gəncədə hamamda su qızdırıcısı partlayıb.
TNS xəbər verir ki, hadisə Gəncə Cihazqayırma Zavodunda qeydə alınıb.
1968-ci il Ə.Xudiyev zavodun vanna otağında su qızdırıcısının partlaması nəticəsində ağır yanıq xəsarətləri alıb. Yanıq xəsarətləri alan 58 yaşlı kişi xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, hadisə qaz sızmasından baş verib.
Faktla bağlı araşdırma aparılır.