Azərbaycanda meşə ərazisində yanğın olub
7
12:59 - 16 Mart 2025

Ağdərə rayonu, Çıldıran və Çapar kəndləri istiqamətində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verib. Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Fövqəladə Hallar Nazirliyindən TNS-ə verilən məlumata görə, yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində 80 ha sahədə quru ot və xəzəl, 40 ədəd qurumuş ağac yanıb.
Sıx meşəlik ərazi yanğından mühafizə olunub.