İşə düzəldəcəyini deyib 11 000 manat alan şəxs saxlanıldı
11
12:45 - 16 Mart 2025

Ağcabədidə dələduzluq edən şəxs həbs edilib.
TNS xəbər verir ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində etibardan sui-istifadə etməklə vətəndaşa məxsus pul vəsaitini ələ keçirməkdə şübhəli bilinən Elməddin Baxışov saxlanılıb.
Araşdırma zamanı onun təqaüd düzəltmək adı ilə 11 000 manat alaraq dələduzluq əməli törətdiyi müəyyən edilib.
Faktla bağlı cinayət işi bașlanılıb. Məhkəmənin qərarı ilə E.Baxışov barəsində həbs qətimkan tədbiri seçilib.