İcra nümayəndəliyinin binasında yanğın
6
09:28 - 16 Mart 2025

İcra nümayəndəliyinin binası tamamilə yanıb.
TNS "Unikal"a istinadla xəbər verir ki, yanğın hadisəsi ötən gecə saatlarında Qəbələ rayonunun Daşça kənd İnzibati Ərazi Nümayəndəliyinin inzibati binasında baş verib.
Yanğın yerinə Qəbələ Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları cəlb olunub.
Hadisə zamanı ümumi sahəsi 35 kvadratmetr olan inzibati bina tamamilə yanaraq yararsız vəziyyətə düşüb.