Close

Bərdədə uçqun altında qalan qadının vəziyyəti açıqlandı

15.03.2025-ci il tarixində saat 11:30 radələrində 1990-cı il təvəllüdlü şəxs (qadın cinsli) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə TNS-ə TƏBİB-dən bildirilib. Qeyd olunub ki, qasıx sümüyünün sınığı, baş-beyin silkələnməsi, döş qəfəsinin küt travması diaqnozları təyin edilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti orta ağırdır.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bərdə şəhəri, Təbriz küçəsində yaşayış binasının eyvanının uçması barədə məlumat daxil olub.

Dərhal əraziyə nazirliyin Qarabağ Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin eyvanının uçması nəticəsində 1990-cı il təvəllüdlü Əliyeva Turanə Saleh qızının dağıntı altında qaldığı müəyyən olunub.

Ziya Əmirxanlı