Close

Yaşayış evinin eyvanı uçdu: dağıntılar altında qalan qadın... - YENİLƏNİB-VİDEO-FOTO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bərdə şəhəri, Təbriz küçəsində yaşayış binasının eyvanının uçması barədə məlumat daxil olub.

FHN-dən TNS-ə verilən məlumata görə, dərhal əraziyə nazirliyin Qarabağ Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin eyvanının uçması nəticəsində 1990-cı il təvəllüdlü Əliyeva Turanə Saleh qızının dağıntı altında qaldığı müəyyən olunub.

Nazirliyin qüvvələri operativ xilasetmə tədbirləri sayəsində dağıntı altında qalan qadını xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.

Qeyd edək ki, Bərdədə eyvanı uçan bina 1961-ci ildə istismara verilib. 2 mərtəbəli, 1 bloklu, 8 mənzilli yaşayış binasının 2-ci mərtəbəsində Bərdə şəhər sakini, 1952-ci il təvəllüdlü Məmmədova Əntiqə Xuduş qızına məxsus ümumi sahəsi 40 kv.metr olan 3 otaqlı fərdi yaşayış evinin 12 kv.metr sahəsi olan eyvanı uçub. Nəticədə həmin evdə ailə üzvləri ilə birgə kirayədə yaşayan Bərdə şəhər sakini, 1990-cı il təvəllüdlü Əliyeva Turanə Saleh qızı xəsarət alıb. Hazırda zərərçəkənin vəziyyəti orta ağırdır.

12:26

Qarabağ Regional Təhsil İdarəsi Bərdədəki hadisə ilə bağlı açıqlama yayıb.

Qurumdan TNS-ə bildirilib ki, Bərdə şəhər 4 nömrəli körpələr evi-uşaq bağçasının inzibati binasında heç bir uçqun və dağıntı halı qeydə alınmayıb. Hadisə müəsssiənin qarşısında yerləşən yaşayış binasının eyvan hissəsində baş verib. Bağçanın binasına hər hansı bir zərər dəyməyib.

11:38

Bərdədə uşaq bağçasında uçqun olub.

TNS-in yerli müxbirinin məlumatına görə, şəhərin Təbriz küçəsində yerləşən 4 saylı uşaq bağçası-körpələr evinin eyvanı uçub.

Bir qadın uçqun altında qalıb. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Qadın dağıntılar altından çıxarılaraq, xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

8a7a271b-1ff1-41e7-8cd6-ea7508cc5709 8911cbab-e64d-49a7-9b54-2c6cb8dd2d06 7b73884a-83b9-46bb-b027-b0f9c98b3a44 6c643fab-c7ea-46dd-a1a1-01724e2fac14 5df8ac03-d8a4-4184-a228-2fdb06f32b50 c5a2abba-13df-41ec-8401-747368ba6913

Ziya Əmirxanlı