Ata oğlunu qətlə yetirdi - Şəxsiyyətləri bilindi - YENİLƏNİB
708
14:00 - 14 Mart 2025

Hadisənin təfərrüatları məlum olub.
TNS-in əldə etdiyi məlumata görə, hadisə Tərtər rayonunun Kəngərli kəndində olub.
Kənd sakini 1968 təvəllüdlü Muğan Həsənov 1991-ci il təvəllüdlü oğlu Emin Həsənzadəni bıçaqla qətlə yetirib.
Hadisəni törədə M. Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
12:54
Tərtərdə qətl hadisəsi törədilib. Ata oğlunu bıçaqlayıb.
TNS-in əldə etdiyi məlumata görə, hadisə rayonun kədində qeydə alınıb.
Hadisənin münaqişə zəminində baş verdiyi bildirilir.
Detallar barədə hələlik məlumat yoxdur.