TƏBİB-in ölən əməkdaşı işə yeni düzəlibmiş
10
09:28 - 14 Mart 2025

Xəbər verdiyimiz kimi, TƏBİB-in Strateji inkişaf departamentinin Korporativ əməkdaşlıq şöbəsinin mütəxəssisi Sevil Abdullazadə ötən gün qəzaya düşərək vəfat edib.
TNS xəbər verir ki, TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova sosial şəbəkə hesabında S. Abdullazadə barədə yazıb.
O bildirib ki, S. Abdullazadənin əmri martın 11-də verilib. Həmçinin, S. Abdullazadə yaşasaydı, aprelin 1-də ad gününü qeyd edəcəkdi.