Şamaxıda ağır qəza, iki nəfər öldü - FOTO
14
15:29 - 13 Mart 2025

Şamaxıda ölümlə nəticələnən yol qəzası olub.
TNS xəbər verir ki, bu gün saat 13:00 radələrində Bakı-Şamaxı-Yevlax rayonunun Şamaxı rayonunun Meysəri kəndi ərazisində qeydə alınıb.
"Mercedes” markalı minik avtomobili ilə “DAF” markalı yük avtomobili toqquşub.
Nəticədə “Mercedes”in sürücüsü, 1980-ci il təvəllüdlü Tərlan Ağayev və sərnişini aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Məlumatı DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan təsdiq ediblər.