Close

4 nəfərin mübahisəsinə polis qarışdı - Araşdırma aparılır

Mingəçevir şəhəri Bağlar yaşayış massivində 27 yaşlı Nicat Həsənzadə, 25 yaşlı Qabil Novruzov və iki yeniyetmə arasında mübahisə yaranıb. Mübahisə zəminində tərəflər bir-birlərinə qarşılıqlı xəsarət yetiriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan TNS-ə bildirilib ki, qeyd olunan məsələ ilə bağlı şəhər polis şöbəsində istintaq araşdırmalarına başlanılıb:

"Xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub. Ekspertizanın rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək".