İki yük maşını toqquşdu
13
12:25 - 13 Mart 2025

Abşeronda iki yük maşını toqquşub.
TNS-in yerli müxbiri xəbər verir ki, hadisə rayonun Məhəmmədli qəsəbəsi adlanan ərazisində baş verib.
"KamAz" markalı 90 JR 194 dövlət nömrə yük avtomobili "Hyundai" markalı yük avtomobili ilə toqquşub.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı