Close

Qəzada yaralanan 6 nəfər kimdir? - Son vəziyyətləri - YENİLƏNİB

Beyləqanda qəzada xəsarət alanların kimliyi məlum olub.

TNS-in yerli müxbiri onların siyahısını təqdim edir:

Beyləqan rayon sakinləri Bəndalızadə Hüseyn Qasım oğlu 07.07.2003
Xəlilzadə Taleh Elşən oğlu 28.11.2003 və Füzuli rayon sakinləri Qurbanov Qəhrəman Ramin oğlu 05.03.1995
Əliyev Ravin Mubah oğlu 13.03.1999
Quliyev Surəddin Şahmurad oğlu 1994
Məmmədov Murad Malik oğlu 20.03.2005

10:24

Xəbər verdiyimiz kimi, ötən gün Beyləqanda ötən gün yol-nəqliyyat hadisəsi baş verib.

TNS xəbər verir ki, TƏBİB sözügedən qəza ilə bağlı məlumat yayıb.

Bildirilib ki, 12.03.2025-ci il saat 17:00 radələrində Beyləqan rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 6 nəfər (kişi cinsli) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nayihələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

2003-cü il təvəllüdlü şəxslərə zəruri tibbi xidmət göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar. Digər 4 nəfər isə Füzuli Rayon Mərkəzi Xəstəxanasına təxliyə ediliblər.

Füzuli Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilən şəxslərin vəziyyəti stabil olaraq qiymətləndirilir.