Close

13:09
13 Mart 2025

Kürəkən keçmiş qayınatasını bıçaqladı

Qusarda bıçaqlanma hadisəsi baş verib.  

TNS xəbər verir ki, hadisə Qusarın Muncuqoba kəndində qeydə alınıb.

Belə ki, əslən Muncuqoba kəndindən olan, hazırda Bakı şəhərində yaşayan Ali Şıxbabayev keçmiş qayınatası Rövşən Mustafayevi döş qəfəsindən bıçaqlayıb.

Yaralı R. Mustafayev Qusar rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Keçmiş kürəkənin qayınatasını aralarında yaranmış şəxsi mübahisə zəminində bıçaqladığı deyilir.

Faktla bağlı araşdırma aparılır.