Məşhur şirkətə məxsus yük avtomobili qəza tərədib
25
09:00 - 13 Mart 2025

Xocalı rayonunun Əsgəran qəsəbəsində məşhur şirkətə məxsus yük avtomobili qəza tərədib.
TNS-in yerli müxbirinin məlumatına görə, "KÖRPÜ Bina Tikinti" MMC-yə məxsus "SHACMAN" markalı yük avtomobili hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı beton dirəyə çırpılıb.
Qəza nəticəsində avtomobil yararsız hala düşüb. Sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Bərdə Diaqnostika Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı