Bərdədə avtomobil ağaca çırpıldı - FOTO
18
17:42 - 12 Mart 2025

Bərdədə yol-nəqliyyat hadisəsi baş verib.
TNS-in yerli müxbirinin əldə etdiyi xəbərə görə, hadisə Bərdə şəhər ərazisində qeydə alınıb.
Belə ki, xanım sürücünün idarə etdiyi "Şevrolet" markalı minik maşını idarəetməni itirərək ağaca çırpılıb. Hadisə nəticəsində maşında alışma risqi reallaşdığı üçün hadisə yerinə yanğınsöndürən əməkdaşları cəlb olunub. Qəza zamanı xəsarət alan yaralıya tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.