Evin təhlükəsizlik kamerasını oğurladılar
12
15:31 - 12 Mart 2025

Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən evlərin birindən 765 manat dəyərində təhlükəsizlik kamerası oğurlanıb.
Daxili İşlər Nazirliyindən TNS-ə verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 52 yaşlı H.Vəliyev müəyyən edilərək saxlanılıb.
Rayon ərazisində yerləşən mağazaların birindən isə mobil telefon oğurlamaqda şübhəli bilinən Ə.Kərimov da polis əməkdaşları tərəfindən saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.