Azərbaycanın tanınmış Xalq artisti vəfat etdi - FOTO
1201
11:51 - 12 Mart 2025

Balet ustası Tamilla Şirəliyeva vəfat edib.
TNS xəbər verir ki, bu barədə Akademik Opera və Balet Teatrından məlumat verilib.
O, uzun müddət şəkərli diabet xəstəliyindən əziyyət çəkib.
Qeyd edək ki, T. Şirəliyeva 8 dekabr 1946-cı ildə Bakı şəhərində anadan olub. 1964-cü ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. Həmin ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.