Close

Tərtərdə qəza: ölən və yaralanan var - VİDEO + YENİLƏNİB

Martın 11-də saat 21:20 radələrində Tərtər rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (kişi cinsli) Tərtər Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən TNS-ə bildirilib.

Məlumata görə, onlardan 1995-ci il təvəllüdlü şəxsə qamış sümüyü cisminin sınığı, döş qəfəsinin əzilməsi, yanaq və gicgah çənə nahiyəsinin açıq yarası, ayaq daraq sümüklərinin sınığı, 2003-cü il təvəllüdlü şəxsə başın digər nahiyələrinin açıq yaraları, 2003-cü il təvəllüdlü şəxsə biləyin və əlin açıq yarası diaqnozları təyin edilib.

Zəruri tibbi xidmət göstərildikdən sonra 2003-cü il təvəllüdlü şəxs ambulator müalicə üçün evə buraxılıb.

Digər 2 nəfər isə Mingəçevir şəhərində yerləşən özəl tibb müəssisələrinin birinə təxliyə edilib.

Qeyd edək ki, hadisə nəticəsində 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

23:00

Tərtərdə iki "VAZ" markalı minik maşınının toqquşması nəticəsində bir nəfər ölüb, üç nəfər ağır xəsarət alıb.

TNS-in yerli müxbirinin xəbərinı görə, hadisə Tərtər şəhəri ərazisində baş verib. 

Qəza nəticəsində Bərdə rayon sakini, 2001-ci il boyu Yaqub İsbəndiyarov aldığı xəsarətlərdən ölüb, Tərtər rayon sakini, 2003-cü il üstünə Emil Ağayev, Ağdam rayon sakini, 1995-ci il təvəllüdlü Cəsarət Abışov və Ağdam rayon Orta Qərvənd kənd sakini, 2003-cü il Ümid Xıdırov yaralanıb.

Yaralılar rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

e2f23d2b-4231-46ec-8f62-aec5119682cf

Ziya Əmirxanlı