Close

Məşhur TV-nin əməkdaşı vəfat etdi

“Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin əməkdaşı 1978-ci il təvəllüdlü Səfərov Rəhman Namaz oğlu vəfat edib.

TNS xəbər verir ki, bu barədə AzTV-dən məlumat verilib.

"AzTV kollektivi adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan rəhmət diləyirik.

Qeyd edək ki, Səfərov Rəhman 1998-ci ildən AzTV-də çalışıb. 27 illik əmək fəaliyyəti dövründə televiziyanın Təsərrüfat İşləri Departamentinin Dekorasiya qrupunda böyük usta vəzifəsində çalışıb.
Allah rəhmət eləsin!" - məlumatda deyilir.