Close

83 yaşlı kişi yanaraq öldü

Şərurda 83 yaşlı kişi yanaraq ölüb.

TNS APA-ya istinadla xəbər verir ki, hadisə Şərur şəhərində baş verib.

Fərdi yaşayış evində baş verən yanğın nəticəsində Şərur rayon Yengicə kənd sakini, 1942-ci il təvəllüdlü Əliyev Əbülfəz Məmməd oğlu yanaraq ölüb.

İlkin məlumata görə, yanğına səbəb elektrik sobası olub.

Faktla bağlı araşdırma aparılır.