Naxçıvanda gecənin ağır qəzası - 1 ölü, 1 yaralı - VİDEO

Naxçıvanda gecə saatlarında ağır yol-nəqliyyat hadisəsi baş verib.
TNS-in məlumatına görə, hadisə şəhərin Nizami küçəsində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes” markalı 77 CD 523 dövlət nömrəli avtomobil qarşıdan gələn 75 TA 336 dövlət nişanlı "NAZ-Lifan" (taksi) markalı avtomobil toqquşub.
Nəticədə "NAZ-Lifan"ın (taksi) sürücüsü, Naxçıvan şəhər sakini, 1988-ci il təvəllüdlü Cəfərov Sərxan hadisə yerində həyatını itirib. Avtomobildə olan 21 yaşlı sərnişin, Babək rayon Hacıvar kənd sakini Sübhan Abbas Aftandil oğlu ağır xəsarətlə Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı