Biləsuvarda mağazadan oğurluq edildi - VİDEO
9
20:06 - 10 Mart 2025

Biləsuvarda mağazaya oğurluğa girən şəxs kameraya düşüb.
TNS-in yerli müxbirinin əldə etdiyi məlumata görə, hadisə rayonun Ağalı kəndində baş verib.
Naməlum şəxs kənddə yerləşən ərzaq mağazasına gecə saatlarında oğurluğa girən zaman obyektə olan nəzarət kamerasına düşüb.
Faktla bağlı araşdırma başlanılıb.
Ziya Əmirxanlı