Gəncədə məktəbli bıçaqlandı
16
17:21 - 10 Mart 2025

Gəncə şəhərində məktəbli bıçaqlanıb.
TNS-in məlumatına görə, hadisə şəhər ərazisində yerləşən çayxanalardan birində baş verib.
On birinci sinif şagirdi Ə.İslamzadə mübahisə zəminində bıçaq xəsarəti alaraq xəstəxanaya aparılıb.
O, tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
İlkin məlumata görə, ona 8-ci sinif şagirdi olan məktəbli bıçaqla xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.