Close

Gəncədə xəstəxanaya aparılan 4 yaşlı uşaq öldü

Gəncə şəhəri 2 saylı Uşaq Xəstəxanasında azyaşlının ölümü qeydə alınıb.

TNS xəbər verir ki, Gəncə şəhər sakini, 2021-ci il təvəllüdlü H.Hüseynov yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.

Xəstəxanada ona tibbi yardım göstərilsə də, həkimlərin səylərinə baxmayaraq uşağın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırıma aparılır.