Sumqayıt-Bakı yolunda dəhşətli qəza - VİDEO
29
10:54 - 10 Mart 2025

Sumqayıt-Bakı yolunda yol-nəqliyyat hadisəsi baş verib.
TNS Oxu.az-a istinadla xəbər verir ki, hadisənin baş verməsinə səbəb minik avtomobilinin sürücüsünün ötmə qaydasını kobud şəkildə pozması olub.
Belə ki, eyni istiqamətli yolda hərəkət edən minik avtomobili yük avtomobilini sağdan ötməyə çalışıb. Bu zaman o, yük maşınının sürücüsünün kor nöqtəsinə düşüb və nəticədə yük avtomobili minik maşınına çırpılıb.