Close

Bakıda 12 yaşlı oğlan 14-cü mərtəbədən yıxılıb öldü

Bakıda dəhşətli hadisə baş verib.

TNS “Qafqazinfo”ya istinadla xəbər verir ki, martın 8-də saat 13 radələrində 2013-cü il təvəllüdlü Yəzdan Pənah Atila Purya yaşadığı İ.Həmidov küçəsindəki çoxmərtəbəli binanın 14-cü mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılıb.

O, hadisə yerində vəfat edib. Faktla bağlı araşdırma aparılır.